Almaniyada boks turniri keçirilib

9 May 2017 11:47

Xəbər 854 dəfə oxunub

Almaniyanın Veisvasser şəhərində peşəkar boks turniri keçirilib.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, turnirin açılış mərasimində Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib. Açılışda şəhər meriyasının rəhbəri Torsten Plötzş, Azərbaycan diasporunun nümayəndələri və ölkəmizin səfirliyinin əməkdaşları iştirak ediblər.Ənənəvi boks turnirində müxtəlif ölkələri təmsil edən idmançılar peşəkar rinqdə güclərini sınayıblar. Ukraynalı boksçu Roman Qolovaşenko, Almaniya boksçusu Kai Kurzava, Tino Froehliş və Dominik Kosel Heydər Əliyevin adını daşıyan dünya və beynəlxalq kəmərlər uğrunda mübarizə aparıblar. Həmyerlimiz Vüsal Əliyev, Malik Məmmədzadə, Loğman Bayramov peşəkar rinqdə rəqiblərinə qalib gəliblər.Boks turniri Alman-Azərbaycan Cəmiyyəti və 2012-ci ildə Maqdeburqda təsis olunmuş Heydər Əliyev adına Dünya Boks Komitəsi (World Boxing Committee Heydar Aliyev) tərəfindən keçirilir.xeber100.com