Həndbol yarışlarına start verilib

9 May 2017 11:52

Xəbər 741 dəfə oxunub

Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarına start verilib.Azərtac xəbər verir ki, günün ilk qarşılaşması kişilər arasında “A” qrupunda Səudiyyə Ərəbistanı millisi ilə Əlcəzair komandası arasında keçirilir.Həndbol üzrə kişilər arasında səkkiz, qadınlar arasında dörd komanda mübarizə aparır. “A” qrupunda Azərbaycan, Səudiyyə Ərəbistanı, Əlcəzair, Pakistan, “B” qrupunda Türkiyə, Mərakeş, İraq, İordaniya yığmaları yer alıblar.Qadınların yarışında isə Azərbaycan həndbolçuları Kamerun, Türkiyə və Özbəkistan kollektivləri ilə yarışacaq.Bütün görüşlər “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.xeber100.com