Mehr informasiya agentliyinin məlumatı

9 May 2017 11:56

Xəbər 791 dəfə oxunub

İranın Mehr informasiya agentliyi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları haqqında məqalə yayıb.Məqalədə bildirilir ki, Azərbaycanın paytaxtı Bakı şəhəri beynəlxalq idman yarışlarını keçirmək təcrübəsinə malikdir. Şəhərdə böyük və müasir idman kompleksləri tikilib.Qeyd olunur ki, yarışlara qatılacaq 159 iranlı idmançı 20 idman növü üzrə mübarizə aparacaq.Yarışlarda 31 iranlı qadın idmançı da iştirak edəcək. Onlar taekvando, tennis, karate, atıcılıq və atletika idman növlərində İranın idman şərəfini qoruyacaqlar.xeber100.com