Türkiyə milli komandası ilə Özbəkistan yığması qarşılaşıb

9 May 2017 14:55

Xəbər 735 dəfə oxunub

Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında həndbol yarışının qrup mərhələsi çərçivəsində keçirilən ilk matçında Türkiyə milli komandası ilə Özbəkistan yığması qarşılaşıb.Azərtac xəbər verir ki, azərbaycanlı hakim briqadasının idarəsi ilə keçən oyunun ilk hissəsi Türkiyənin üstünlüyü ilə yekunlaşıb – 16:8.Türkiyə komandası ilk hissədə əldə etdiyi üstünlüyünü saxlayaraq 37:21 hesabı ilə Özbəkistan yığmasına qalib gəlib.xeber100.com