Həndbol yarışlarının ikinci gününə start verilib

10 May 2017 11:22

Xəbər 714 dəfə oxunub

Mayın 10-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişi və qadınlar arasında həndbol yarışlarının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, bu gün kişilər arasında yarışda “A” qrupunda Əlcəzair-Pakistan və Azərbaycan-Səudiyyə Ərəbistanı qarşılaşmaları keçiriləcək. “B” qrupunda yer alan komandalardan Türkiyə milli yığması İraq kollektivi, İordaniya həndbolçuları isə Mərakeş təmsilçiləri ilə qarşılaşacaqlar.Qadınların yarışında isə Kamerun həndbolçuları Türkiyə komandası ilə, Azərbaycan təmsilçiləri Özbəkistan yığması ilə üz-üzə gələcək.xeber100.com