UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmaları çərçivəsində…

10 May 2017 11:26

Xəbər 687 dəfə oxunub

Mayın 9-da UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmaları çərçivəsində ilk cavab oyunu keçirilib.Azərtac xəbər verir ki, Turinin “Yuventus” klubu öz meydanında turnirin sürprizi Fransanın “Monako” kollektivini qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Yuventus”un heyətində Mandzukiç və Dani Alveş fərqləniblər, “Monako”nun yeganə qoluna isə Mbappe imza atıb.İlk matçda səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən “Qoca sinyora” finala vəsiqə qazanıb.İtaliyalıların finaldakı rəqibi bu gün oynanılacaq “Atletiko”-“Real” qarşılaşmasından sonra müəyyənləşəcək.xeber100.com