IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir

11 May 2017 11:32

Xəbər 567 dəfə oxunub

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir.Azərtac xəbər verir ki, turnirin “B” qrupunun ikinci turu çərçivəsində Oman millisi Türkiyə yığmasını məğlub edib.“AZAL Arena”da təşkil olunan görüşün 27-ci dəqiqəsində türkiyəli futbolçu Melih Okutan hesabı açıb. İlk hissənin sonuncu dəqiqəsində Oğuzhan Kayar ikinci topu Oman millisinin qapısından keçirib. Görüşün birinci hissəsi Türkiyə millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.İkinci hissəyə daha fəal başlayan Oman millisi 58-ci dəqiqədə Ahmed Əl-Matruşi, 63-cü dəqiqədə isə Salaah Əl-Yahyainin qolu ilə hesabı bərabərləşdirib. Görüşün 72-ci dəqiqəsində Türkiyə yığmasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Muhsen Əl-Qassani Oman millisini hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.Beləliklə, Oman millisi Türkiyə yığmasını 3:2 hesabı ilə məğlub edib.Qeyd edək ki, Oman ilk oyunda Fələstin yığması ilə qarşılaşıb və görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Türkiyə isə Əlcəzair millisi ilə görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.xeber100.com