U-19 Liqasında XXXI turun oyunları keçirilib

11 May 2017 11:59

Xəbər 617 dəfə oxunub

Futbol üzrə U-19 Liqasında XXXI turun oyunları keçirilib.Azərtac xəbər verir ki, “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası “Qəbələ” ilə qarşılaşıb.Şamaxı Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.”Qarabağ”ın kapitanı Rəşad Sadıqovun çalışdırdığı komanda sona iki tur qalmış qızıl medalları təmin edib. Belə ki, komanda xal hesabını 84-ə çatdırıb və ən yaxın izləyicisi “Qəbələ”ni 10 xal fərqi ilə qabaqlayıb.Bununla da “Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb.xeber100.com