“Neftçi” futbol klubunda yeni təyinat…

12 May 2017 12:30

Xəbər 795 dəfə oxunub

“Neftçi” futbol klubunun baş məşqçisi Elxan Abdullayevin köməkçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub. 1982-ci, 1985-1989-cu və 1991-1992-ci illərdə “Neftçi”nin heyətində 146 oyun keçirib 5 qol vuran N.Əzimov Azərbaycan çempionudur.“Kəpəz” və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis “Bakı”nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub.xeber100.com