Futbol üzrə 2030-cu il dünya çempionatına hazırlıq…

15 May 2017 11:28

Xəbər 786 dəfə oxunub

Cənubi Koreya, KXDR, Çin və Yaponiya futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirə bilər.TASS agentliyinin verdiyi xəbərə görə, bunu Cənubi Koreya Futbol Assosiyasiyasının prezidenti Çun Mun Qu bəyan edib.“Cənubi Koreya, KXDR, Çin və Yaponiya  arasında ətraflı müzakirə aparılsa, futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirmək mümkün olar. Koreya Respublikası, Çin və Yaponiya  mundialın detallarına dair razılığa gələndən sonra, Şimali Koreya da layihəyə qoşula bilər”, deyə federasiya prezidenti bildirib.Çun Mun Qu həmçinin Cənubi Koreyada Asiya Kubokunu təşkil etmək niyyətində olduğunu bildirib.xeber100.com