IV İslam Həmrəyliyi Oyunları başlanandan indiyədək kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 66 müraciət daxil olub.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Apa-ya bildirib ki, onlardan 24 şəxs xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, həmin şəxslərdən 22 nəfəri Klinik Tibbi Mərkəzə aparılıb, 3 nəfər konsultasiyadan sonra evə buraxılıb. Xəstəxanada olan şəxslər müalicədən sonra evə yazılıb: “Təcili yardıma müraciət edən 66 nəfərdən 18 nəfəri əcnəbidir və onlardan 11 xəstəxanaya aparılıb. Konsultasiya olunan 3 şəxs də əcnəbidir. 48 nəfər yerli iştirakçıya baxış olub və onlardan 10 nəfəri hospitalizə edilib. İştirakçıların 22-si Mərkəzi Klinik Xəstəxanaya, digəri 2 nəfər idmançıların Bərpa Mərkəzinə yerləşdirilib. Diaqnozları baş ağrıları, hərarət, aritmiya və.s olub”.Nazirlik rəsmisi əlavə edib ki, hazırda Kliniki Tibbi Mərkəzdə cəmi bir nəfər var. Xəstəxanaya yerləşdirilənlərin hər birinə yüksək səviyyədə lazımi tibbi yardım göstərildiyini deyən S. Əhmədova qeyd edib ki, qalan 1 nəfər bu gün evə buraxılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…