IV İslam Həmrəyliyi Oyunları çərçivəsində üzgüçülük yarışlarının üçüncü günü start götürüb. Səhər sessiyasında kişilər arasında təsnifat yarışları keçirilib.Azərtac xəbər verir ki, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında birinci nəticəni indoneziyalı üzgüçü Triadi Sidiq (23.33 s.) göstərib. Türkiyə idmançısı Hüseyn Emre Sakçi (23.46 s.) və İordaniya nümayəndəsi Kader Getriç Baqla (23.47 s.) müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Azərbaycan təmsilçiləri Boris Kirillov (24.19 s.) və Nikolay Trapov (25.48 s.) müvafiq olaraq 10-u və 15-ci yerləri bölüşüblər.Brass üsulu ilə 100 metr məsafəyə üzmə yarışlarında ən yaxşı nəticəni Suriya yığmasının üzvü Azad Albarazi (1:03.42 s.) göstərib. İkinci yeri indoneziyalı üzgüçü Qaqerin Nataniel (1:03.96 s.) tutub, üçüncü yerə Türkiyə təmsilçisi Demir Atasoy (1:04.96 s.) sahib olub. Azərbaycan üzgüçüsü Dmitri Saley 1:08.29 saniyə nəticə ilə 16-cı yerdə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…