Mayın 15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının beşinci gününün oyunları keçirilib.Günün sonuncu qarşılaşması “A” qrupunda yer alan Qətər və Səudiyyə Ərəbistanının kişilərdən ibarət milli komandaları arasında keçirilib.Azərtac xəbər verir ki, bu görüşdə Qətər millisi rəqibini 3:1 hesabı ilə (25:16, 25:23, 21:25, 25:23) məğlubiyyətə uğradıb.Günün ilk oyununda Türkiyə və Pakistanın kişilərdən ibarət yığma komandaları qarşılaşıb.Oyuna fəal başlayan Türkiyə birinci setdə üstünlüyü ələ alıb – 25:17. İkinci setdə 25:23 hesabı ilə üstün olan pakistanlı idmançılar hesabı bərabərləşdiriblər. Türkiyə millisi üçüncü seti (26:24) çətinliklə də olsa öz xeyrinə başa vurub və hesabda önə çıxıb. Pakistan təmsilçiləri dördüncü setdə (25:22) hesaba yenidən tarazlıq gətiriblər – 25:22. Tay-brekdə (15:11) rəqibindən üstün olan Türkiyə millisi oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.Türkmənistan kollektivi də bu tur qələbəyə sevinib. Türkmənlər Fələstin kollektivini hər üç setdə asanlıqla məğlub ediblər.Günün digər oyununda Türkiyənin qadın millisi ilə Qırğızıstan yığması ilə üz-üzə gəlib. Türkiyəli voleybolçular bu görüşdə çətinlik çəkməyiblər və Qırğızıstan millisi böyük hesablı məğlubiyyətlə barışmalı olub – 0:3 (10:25, 11:25, 11:25).Qeyd edək ki, mayın 16-da “Baku Crystall Hall”da günün birinci görüşündə kişilər komandaların yarışında İran ilə Mərakeş yığmaları üz-üzə gələcək.Axşam sessiyasında – saat 19.00-da isə kişilərdən ibarət Azərbaycan və Fələstin milliləri qarşılaşacaq.Günə Qırğızıstan ilə Tacikistanın qadın komandalarının görüşü ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…