“ABU Arena”da futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.Azərtac xəbər verir ki, qarşılaşmadan əvvəl ölkə çempionatının bürünc, gümüş və qızıl medalları müvafiq olaraq EKOL, “Neftçi” İK və “Araz” komandasının üzvlərinə təqdim edilib.Çempionatın ən yaxşı baş məşqçisi İlqar Aslanov, ən yaxşı oyunçusu Namiq Məmmədkərimov (EKOL), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçilib. Mövsüm ərzində 56 qol vuran “Araz”ın hücumçusu Teles Martins Tyaqo isə ölkə çempionatının bombardiri olub.Komandalara diplomu, medalları və kuboku beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim edib.Azərbaycan kubokunun final oyununda isə “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşıblar. Qarşılaşma 7:5 hesabı ilə “Neftçi” İK-nin xeyrinə başa çatıb.Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Nicat Qafarlı final matçının ən yaxşı oyunçusu seçilib. Mükafatları Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov təqdim edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…