Dünyaca məşhur Zaqreb “Dinamo”su ilə “Sumqayıt” futbol klubu arasında əldə olunmuş razılığa əsasən, “A” komandanın baş məşqçisi Samir Abasov və akademiyanın əlaqələndiriciləri Baba Əsgərov və Sabir Əliyev adıçəkilən klubun düşərgəsinə yollanıblar.Azərtac xəbər verir ki, təcrübə qazanmaq məqsədi ilə mayın 20-dək davam edəcək səfər AFFA-nın və Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib.Təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın “Pro” kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.Ümumilikdə isə hər 3 məşqçi Xorvatiyada olduğu 5 gün müddətində “Dinamo”nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçilərimiz Xorvatiyada olduğu müddətdə U-17 Avropa çempionatının final oyununu da izləyəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…