“Zirə” futbol klubu ilk transferini reallaşdırıb

18 May 2017 14:50

Xəbər 611 dəfə oxunub

“Zirə” futbol klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.Azərtac kluba istinadla xəbər verir ki, komanda futbolçu Nicat Qurbanovla anlaşıb. Yarımmüdafiəçi ilə 1 illik müqaviləyə imza atılıb.Futbolçu Premyer Liqadakı debüt mövsümündə də komandanın heyətində çıxış edib. Başa çatan çempionatı “Kəpəz”də keçirən N.Qurbanov yenidən “qartallar”ın sıralarına dönüb.xeber100.com