Bakı Olimpiya Stadionunda atletika yarışlarının dördüncü günü…

19 May 2017 12:46

Xəbər 627 dəfə oxunub

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mayın 19-da Bakı Olimpiya Stadionunda atletika yarışlarının dördüncü gününə start verilib.Azərtac xəbər verir ki, hazırda qadınlar arasında lövhəatma yarışlarının finalı keçirilir. Bu yarışda ölkəmizi Hanna Skidan təmsil edir.Günün birinci yarısında kişilər arasında 4×100 metr məsafəyə estafet qaçışı və 1500 metrə qaçış, o cümlədən qadın paralimpiyaçılar arasında T12 kateqoriyasında 200 metr və kişi paralimpiyaçılar arasında T12 kateqoriyasında 400 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələləri baş tutacaq.xeber100.com