Xarkovda kempo karete və ko-budo idman növü üzrə açıq dünya çempionatı keçirilib.Azərtac xəbər verir ki, kata, kempo karate, iriqumi-cuqo və tərk-silah növləri üzrə təşkil olunan yarışda ölkəmizi 15 idmançı təmsil edib.Mundialda baş məşqçi Tanrıverdi Allahverdiyevin rəhbərliyi altında 75 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən üçqat dünya çempionu Fərid Əzizov tərk-silah yarışında mübarizə aparıb. İdmançı olmaqla yanaşı, jurnalist fəaliyyəti ilə də məşğul olan F.Əzizov 17 ölkədən idmançıların qatıldığı yarışda gümüş medala layiq görülüb.Yarışda idmanın bu növü üzrə güclü atletlərin mübarizə apardıqlarını deyən F.Əzizov bildirib: “Gərgin idman mübarizəsində öz gücümü tam şəkildə göstərə bilmədim və gümüş medalla kifayətlənməli oldum. İdmançı üçün ikinci yer də uğurdur. Lakin mən ikinci yerlə kifayətlənməyi düşünmürəm. Bu mübarizə mənim üçün böyük təcrübə oldu. Qarşıdakı yarışlarda böyük uğurlar qazanmaq üçün daha yaxşı hazırlaşacağam”.Xatırladaq ki, F.Əzizov 2014-cü və 2016-ci illərdə təşkil olunan dünya çempionatlarının qalibi olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…