Şahmatçılar arasında Avropa çempionatı başlayacaq

23 May 2017 16:14

Xəbər 819 dəfə oxunub

Mayın 29-da Minskdə kişi şahmatçılar arasında Avropa çempionatı başlayacaq.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanı beş qrossmeyster – Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abbasov təmsil edəcəklər. Turnirdə 150-dən çox şahmatçı iştirak edəcək.Turnir İsveçrə sistemi ilə klassik vaxt rejimində keçiriləcək və 11 turdan ibarət olacaq.Qeyd edək ki, 1-22-ci yerləri tutan şahmatçılar Gürcüstanda Dünya Kuboku yarışlarına vəsiqə qazanacaqlar.Turnirin reytinq favoriti Rusiya təmsilçisi Dmitri Andreykindir.xeber100.com