“Kəpəz” futbol klubu transfer çalışmalarını davam etdirir

24 May 2017 12:17

Xəbər 1199 dəfə oxunub

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib.Azərtac kluba istinadla xəbər verir ki, Gəncə təmsilçisi Azər Məmmədov ilə bir il müddətinə anlaşıb.Son mövsümü “Turan Tovuz”da keçirən yarımmüdafiəçi komandasının kapitanı olub. A.Məmmədov bu il həm də Tovuz təmsilçisi ilə I divizionun çempionu adını qazanıb.xeber100.com