“Monako” futbol klubu ilk transferini edib

25 May 2017 12:20

Xəbər 764 dəfə oxunub

“Monako” futbol klubu yeni mövsüm üçün ilk transferini edib.Azərtac xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.Fransa klubu “Anderlext”in yarımmüdafiəçisi Yuri Tilemansı heyətinə cəlb edib. Belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.Qeyd edək ki, 20 yaşlı Tilemans ötən mövsüm 37 oyuna 13 qol vurub, 12 məhsuldar ötürmə edib.xeber100.com