“Zirə” futbol klubu heyətini gücləndirir

1 İyun 2017 15:24

Xəbər 959 dəfə oxunub

“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, komanda yarımmüdafiəçi Orxan Əliyevlə anlaşıb. Gənc futbolçu ilə birillik müqaviləyə imza atılıb.Orxan Əliyev “Sumqayıt”, “Xəzər-Lənkəran” və “Kəpəz” klublarının formasını geyinib.xeber100.com