U-16 turnirinin mükafatlandırma mərasimi keçirilib

1 İyun 2017 15:44

Xəbər 767 dəfə oxunub

“UNICEF Azerbaijan”ın ofisində AFFA-nın futbol üzrə U-16 qızlar Liqası turnirinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, müğənni Samira Allahverdiyeva iştirak ediblər.Liqanın ən yaxşı oyunçusu “Mingəçevir”in futbolçusu Nigar Mirzəliyeva seçilib. Ən məhsuldar oyunçu 47 qolla “Təhsil” FM-in futbolçusu Sona Rəhimova olub. Ən yaxşı məşqçi nominasiyasında “Təhsil” FM-in məşqçisi Elvin Həmidov təltif edilib.Xatırladaq ki, liqanın qalibi “ Təhsil” FM komandası olub. “Mingəçevir” ikinci, “Fidan” isə üçüncü yeri tutublar.xeber100.com