Tbilisidə keçirilən futbol turnirinə yekun vurulub

2 İyun 2017 11:42

Xəbər 667 dəfə oxunub

Tbilisidə Nodar Axalkatsinin xatirəsinə futbol turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası turnirin sonuncu günündə 5-ci yer uğrunda matçda qüvvəsini sınayıb.“Qırmızı-qaralar” Ağdamın “Qarabağ” klubu ilə qarşılaşıblar. Cuma Hüseynovun qol sevinci yaşadığı görüşdə Ağdam təmsilçisi qalib gəlib – 3:1.Beləliklə, “Qəbələ”nin U-11 komandası turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi isə Gürcüstanın “Saburtalo” komandası olub.xeber100.com