“Atletiko” klubunun transfer qadağası ilə bağlı şikayəti rədd edilib

2 İyun 2017 12:35

Xəbər 1002 dəfə oxunub

Beynəlxalq İdman Arbitraj Məhkəməsi “Atletiko” (Madrid) futbol klubunun transfer qadağası ilə bağlı apellyasiya şikayətini rədd edib.Azərtac xəbər verir ki, beləliklə Madrid klubu bu yay da heyətinə futbolçu cəlb edə bilməyəcək.Qeyd edək ki, 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol verdiyi üçün “Atletiko”nun bu qış və yay transferləri dövründə oyunçu alması qadağan olunub.xeber100.com