“Borussiya” futbol klubu yeni baş məşqçinin adını açıqlayıb

8 İyun 2017 12:04

Xəbər 1032 dəfə oxunub

“Borussiya” futbol klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.Azərtac xəbər verir ki, Dortmund klubunun yaydığı xəbərə görə, bu vəzifəyə Peter Bos təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.Peter Bos ötən mövsüm “Ayaks”ı çalışdırıb və komandanı Avropa liqasının finalına qədər daşıyıb. “Borussiya” “Ayaks”a 3 milyon avro təzminat ödəyəcək. Bosun özü isə 4 milyon avro məvacib alacaq.Xatırladaq ki, Tuxelin gedişindən sonra komandaya Lüsyen Favrın gəlişi söylənilsə də “Nitsa” onu buraxmayıb.xeber100.com