“C” qrupunda altıncı turun oyunlarına yekun vurulub

11 İyun 2017 10:17

Xəbər 711 dəfə oxunub

İyunun 10-da futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldığı “C” qrupunda altıncı turun oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, Almaniya millisi San-Marinonu, Norveç yığması isə Çexiyanı qəbul edib.“Nürenberq Arena”da keçirilən Almaniya-San-Marino oyununda böyük hesablı qələbə qeydə alınıb. Almanlar rəqib qapısından 7 cavabsız top keçirərək qrup liderliyini bir qədər də möhkəmləndiriblər.Oslodakı “Ullevaal” stadionunda keçirilən Norveç-Çexiya oyunu isə heç-heçə yekunlaşıb – 1:1.Qrupda altıncı turun ilk oyunu Bakıda Azərbaycan və Şimali İrlandiya yığmaları arasında keçirilib və 1:0 hesab ilə qonaqların xeyrinə yekunlaşıb.Altı turdan sonra hesabında 18 xal olan Almaniya qrupun vahid liderdir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Azərbaycan 7 xalla dördüncü, Norveç 4 xalla beşinci, hesabına hələ də xal yazdıra bilməyən San-Marino isə sonuncu pillədə qərarlaşıb.xeber100.com