2017/2018-ci il mövsümü üçün növbəti transfer həyata keçirilib

12 İyun 2017 12:17

Xəbər 898 dəfə oxunub

“Sumqayıt” futbol klubu 2017/2018-ci il mövsümü üçün növbəti transferini həyata keçirib.Azərtac kluba istinadla xəbər verir ki, “Sumqayıt” son olaraq “Zirə”də çıxış etmiş Cavid Tağıyevi heyətinə qatıb. İyirmi dörd yaşlı futbolçu komanda ilə birillik müqavilə imzalayıb.Qeyd edək ki, Cavid Tağıyev “Zirə”dən başqa, “Turan”, AZAL və “Qarabağ”ın şərəfini qoruyub. O, həmçinin vaxtilə Azərbaycanın U-19, U-21 və “A” millisinin şərəfini qoruyub.xeber100.com