“Golden State Warriors” çempion oldu

14 İyun 2017 09:11

Xəbər 1099 dəfə oxunub

ABŞ milli basketbol çempionatının final seriyasındakı beşinci matçda “Cleveland Cavaliers” üzərində 129-120 hesabı ilə qələbə qazanan “Golden State Warriors” komandası çempion olub.Azərtac Milli Basketbol Assosiasiyasının (NBA) saytına istinadla xəbər verir ki, “Golden State Warriors” final seriyasında ümumi hesabda 4-1 hesabı ilə qalib gəlib.Qarşılaşmanın ən məhsuldar basketbolçusu olan Lebron Ceyms aktivinə 41 xal, 13 ribaund və 8 assist yazsa da, bu onun komandasına çempion olmaq üçün kifayət etməyib.Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Kevin Durant olub. Onun həlledici qarşılaşmadakı nəticəsi 37 xal, 7 ribaund və 5 assist təşkil edib. K.Durant NBA final seriyasında orta hesabla 35,2 xal, 8 ribaund və 5,4 assistlik nəticə ilə ən yaxşı oyunçu mükafatına layiq görülüb.Xatırladaq ki, bu, “Golden State Warriors”in son üç ildə ikinci çempionluğudur.xeber100.com