“Roma” futbol klubunun məşqçisi müəyyənləşib

17 İyun 2017 16:56

Xəbər 1460 dəfə oxunub

“Roma” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Eusebio Di Françesko çalışdıracaq.Qırx yeddi yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb. Di Françesko baş məşqçi vəzifəsində Luçano Spalettini əvəzləyib.O, “Roma” üçün yad biri deyil. Belə ki, Eusebio 1997-2001-ci illərdə futbolçu kimi “canavarlar”ın şərəfini qoruyub.Qeyd edək ki, Di Françeskonun rəhbərliyi altında ötən mövsüm “Sassuolo” Avroliqaya vəsiqə qazanmışdı.xeber100.com