Avropa çempionatının final qarşılaşması keçiriləcək

25 İyun 2017 11:34

Xəbər 1242 dəfə oxunub

Bu gün qadın basketbolçular arasında Avropa çempionatının final qarşılaşması keçiriləcək.Azərtac xəbər verir ki, Çexiyada keçirilən çempionatda qızıl medallar uğrunda görüşdə Fransa və İspaniya yığma komandaları üz-üzə gələcəklər. Üçüncü yer uğrunda qarşılaşma isə Belçika və Yunanıstan milliləri arasında oynanılacaq.Üçüncü yer uğrunda görüş Bakı vaxtı ilə saat 20-də, final matçı isə saat 22:30-da başlayacaq.İspaniya finala gedən yolda Belçikaya (68:52), Fransa isə Yunanıstana (77:55) qalib gəlib.xeber100.com