Almaniyanın Dortmund şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Güləşçilərimiz ilk yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (60 kq) qızıl, Şahin Muxtarov (50 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.Azərtac xəbər verir ki, yarışların ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurublar.Çempionatda 55 kiloqram çəkidə yarışan Əfqan Xaşalov İsveçrə, Ermənistan və Moldovadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Keçirdiyi görüşlərdə rəqiblərinə bir xal da verməyən güləşçimiz onlardan 34 xal ala bilib. Həlledici görüşdə Əfqanın rəqibi Bolqarıstan idmançısı olub. Tam üstünlüklə rəqibini məğlub edən güləşçimiz Avropa çempionatının qızıl medalına sahib olub.Mahal Novruzov (66 kq) da finaladək inamla güləşib. Güləşçimiz ardıcıl olaraq Estoniya, Ukrayna və Bolqarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Komanda yoldaşı kimi o da rəqiblərinə xal verməyib və ümumilikdə 32 xal qazanıb. Final görüşündə güləşçimiz Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına yiyələnib.Hacımurad Məhəmmədsəidov (84 kq) da adını finala yazdırıb. Təmsilçimiz ardıcıl olaraq İtaliya, Gürcüstan və Ermənistandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Hacımurad Rusiya idmançısına da qalib gəlib və çempionatın qızıl medalını qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…