“Qarabağ” klubu “Brondbü” komandası ilə qarşılaşacaq

29 İyun 2017 10:43

Xəbər 1011 dəfə oxunub

Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdamın “Qarabağ” futbol klubunun sonuncu – dördüncü yoxlama matçında rəqibi məlum olub.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi Danimarkanın “Brondbü” komandası ilə qarşılaşacaq.Matç iyulun 2-də keçiriləcək və yerli saatla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.Qeyd edək ki, Ağdam klubu ilk üç yoxlama matçında Rusiya təmsilçisi “Axmat”a 0:1, Bolqarıstanın MOİK komandasına 2:5, Moskva “Dinamo”suna isə 0:1 hesabı ilə məğlub olub.xeber100.com