UEFA Avropa Liqasının ilk oyunu keçiriləcək

29 İyun 2017 10:49

Xəbər 808 dəfə oxunub

Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, Bakı təmsilçisi səfərdə Serbiyanın “Mladost” komandasının qonağı olacaq.Bakı vaxtı ilə saat 22:30-da Mladost stadionunda start götürəcək oyunu rusiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Aleksey Matyunin olacaq. Ona həmyerliləri Aleksey Lunev və Anton Kobzev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yevgeni Turbin yerinə yetirəcək.Qarşılaşmanın hakim-inspektoru ispaniyalı Bernardino Qonzales Vaskes, UEFA nümayəndəsi isə Paolo Rondelli (San-Marino) olacaq.xeber100.com