Tur-de Frans velo yürüşünə start verilib

5 İyul 2017 12:00

Xəbər 729 dəfə oxunub

Tur-de Frans velo yürüşündə üçüncü mərhələyə yekun vurulub.Azərtac xəbər verir ki, yürüşə Belçikanın Verbiya şəhərində start verilib. Velosipedçilər 212,5 kilometr məsafəni qət edərək Fransanın Mondorf-le-Ben şəhərində finiş xəttini keçiblər.Qeyd edək ki, marşrut zamanı velosipedçilər Lüksemburq ərazisindən də yürüş ediblər.Gərgin və maraqlı idman mübarizəsində keçən yarışın qalibi slovakiyalı Petor Sayman olub. O, 212,5 kilometr məsafəni 5 saat 7 dəqiqə 19 saniyəyə qət edib. Avstraliyalı Maykl Metyus finişə ikinci çatıb. İlk üçlüyü isə irlandiyalı Devil Martin tamamlayıb.xeber100.com