“İnter” klubu Serbiyanın “Mladost” komandasını qəbul edəcək

6 İyul 2017 11:41

Xəbər 773 dəfə oxunub

Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ikinci oyununa çıxacaq.Azərtac xəbər verir ki, “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edəcək “İnter”in oyununu ukraynalı hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Mykola Balakin idarə edəcək. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Jabçenko yerinə yetirəcək.Görüşün UEFA nümayəndəsi Sergiu Lisnic (Moldova), hakim-inspektoru isə polşalı Robert Malek olacaq.Komandalar arasında ilk oyun 3:0 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.xeber100.com