Avropa Liqasının cavab oyunlarından sonra UEFA reytinq cədvəlini açıqlayıb

7 İyul 2017 11:26

Xəbər 719 dəfə oxunub

Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycan yalnız xal ehtiyatını artırıb. Belə ki, “Zirə” səfərdə “Differdange” komandasını 2:1, “İnter” isə doğma meydanda “Mladost”u 2:0 hesabı ilə məğlub edib. İki qələbə ilə Azərbaycan hesabına 0,500 xal yazdırıb. Bununla da cari mövsüm 4 oyunda 4 qələbə əldə edən klublarımızın qazancı 1,000-ə çatıb.Nəticədə son 5 mövsümün cəmindəki əmsalımız 15,750-yə yüksəlib. Azərbaycan bu göstərici ilə 23-cü pillədə qərarlaşıb.xeber100.com