UEFA Çempionlar Liqasının ilk oyunları çərçivəsində…

8 İyul 2017 19:42

Xəbər 1107 dəfə oxunub

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)-“Samtredia” (Gürcüstan) qarşılaşmasının biletləri iyulun 7-dən satışa çıxarılıb.Azərtac xəbər verir ki, azarkeşlər biletləri hər gün saat 10:00-dan 19:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.Biletlərin qiyməti sektorlara görə 1-5 manatdır. VİP sektoruna isə biletlər 30 manat təşkil edir.Qeyd edək ki, “Qarabağ”–“Samtredia” matçı iyulun 11-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.xeber100.com