Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasına böyük hesablı qələbə ilə başlayıb.Azərtac xəbər verir ki, turnirin ikinci təsnifat mərhələsindən mübarizəyə başlayan Ağdam təmsilçisi iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda Gürcüstanın “Samtredia” klubunu qəbul edib.Türkiyəli baş hakim Mete Kalkavanın idarə etdiyi oyunun 10-cu dəqiqəsində rəqib futbolçu Culi Mancqaladzenin kobud oyununa görə, “Samtredia”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Cərimə zərbəsini dəqiq yerinə yetirən Əfran İsmayılov “Qarabağ”ı hesabda önə çıxarıb.Qarşılaşmanın 37-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi artırıb. Ansi Aqollinin ötürməsini Dino Ndlovu qolla tamamlayıb – 2:0.Birinci hissəsinin sonunda rəqib komandanın qapıçısı Omar Migineşvilinin D.Ndlovuya qarşı kobud oyununa görə, “Samtredia”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Zərbəni dəqiq yerinə yetirən D.Ndlovu matçda dublunu rəsmiləşdirib.Görüşün ilk hissəsi “Qarabağ”ın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.Ağdam təmsilçisi ikinci hissəyə daha fəal başlasa da, oyunun sonuncu dəqiqələrində fərqlənib. Matçın 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Donald Gerryer dördüncü topu rəqib komandanın qapısından keçirib. Oyunun əsas vaxtına əlavə olunmuş hissədə isə Miçel son nöqtəni qoyub və görüş “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.Komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…