İyulun 22-23-də Minskdə keçiriləcək Avropa Kuboku Azərbaycan komandası üçün Budapeştdə dünya çempionatı ərəfəsində son hazırlıq mərhələsi olacaq.Azərtac xəbər verir ki, Belarusa Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Rüfət İsmayılov (dördü də 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri və Elxan Məmmədov (100 kq-dan yuxarı) yola düşəcəklər.Yığmada bəzi liderlərin çəkisi çaşqınlıq yaratmamalıdır – onlar bilərəkdən yuxarı kateqoriyada çıxış etmək üçün müraciət ediblər ki, yarışdan əvvəl çəkilərini bir daha azaltmasınlar.Avropa Kubokunda qadınlardan ibarət komandamızı Bazarrça Erdenebat (48 kq), Səkinə Zahirova (57 kq), Gülsədəf Kərimova, Nuriyə Axundova, Kristina Jukavets (hər üçü 63 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) təmsil edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…