İdman Tennis Kompleksinin açılışı olub

12 İyul 2017 11:07

Xəbər 886 dəfə oxunub

İyulun 12-də İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı olub.Azərtac xəbər verir ki, tədbirdə rəsmi şəxslər iştirak ediblər.Ərazisi 1,16 hektar olan İdman Tennis Kompleksi 1986-cı ildə inşa edilib. Fəaliyyət göstərdiyi müddətdə kompleksdə əsaslı təmir və yenidənqurma işləri aparılmayıb.Cari ilin birinci yarısından başlayaraq, kompleksin bina və qurğularında əsaslı təmir, yenidənqurma işlərinə başlanılıb və zəruri tikinti-quraşdırma işləri aparılıb.Kompleksin əsas binası, tribunası, gözətçi-keçid məntəqəsi əsaslı təmir olunub, buradakı 6 tennis kortunun xüsusi tennis örtüyü dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub və müvafiq ləvazimatlarla təmin olunub.xeber100.com