UEFA Avropa Liqasının ilk oyunu çərçivəsində…

13 İyul 2017 13:09

Xəbər 662 dəfə oxunub

Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.Azərtac xəbər verir ki, bu mərhələnin ilk oyunu çərçivəsində Qəbələ təmsilçisi Polşanın “Yagelloniya” klubunu qəbul edəcək.Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi almaniyalı Marko Fritz olacaq. Ona həmyerliləri Holger Gunter Henşel və Marsel Pelgrim kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Guido Vinkmann yerinə yetirəcək.Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da start götürəcək. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.xeber100.com