“Sumqayıt” klubu hazırlıq prosesinin ilk mərhələsini başa vurub

13 İyul 2017 13:14

Xəbər 776 dəfə oxunub

Topaz Premyer Liqasının 2017/2018-ci illər mövsümü üçün çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu hazırlıq prosesinin ilk mərhələsini başa vurub.Klubun mətbuat xidmətindən Azərtac–a bildirilib ki, komanda iyulun 12-də axşam “Kapital Bank Arena” stadionunda sonuncu məşqinə çıxıb.Əsasən toplu çalışmalara üstünlük verən məşqçi Samir Abasovun planına əsasən, komanda iki gün istirahət edəcək.“Sumqayıt” futbol klubu iyulun 15-də Türkiyəyə yola düşəcək və hazırlıq proqramını qardaş ölkədə davam etdirəcək.xeber100.com