UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb

14 İyul 2017 13:13

Xəbər 796 dəfə oxunub

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.Azərtac xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib. İkinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşan Ağdam təmsilçisi növbəti mərhələdə “Şerif” (Moldova)–“Kukesi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.“Şerif” Albaniya təmsilçisi ilə ilk qarşılaşmada qalib gəlib. Belə ki, Moldovadakı matçda meydan sahibləri 1:0 hesabı ilə üstün olublar.xeber100.com