“Qalatasaray” klubu hollandiyalı futbolçu ilə yollarını ayırıb

15 İyul 2017 13:33

Xəbər 672 dəfə oxunub

“Qalatasaray” klubunun hollandiyalı futbolçusu Uesli Sneyder komandası ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, futbolçu ilə klubu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.2018-ci ilin mayınadək İstanbul təmsilçisi ilə müqaviləsi olan Sneyderin bir müddət idi ki, komandadan ayrı, fərdi olaraq məşqlərdə iştirak etdiyi bildirilirdi.Sneyderin 2017-2018-ci il mövsümü üçün təminatlı 4,5 milyon avrodan imtina etdiyi bildirilir. Futbolçu, həmçinin növbəti 3 il ərzində Türkiyədə hər hansı klubla müqavilə imzalamamaq, əks halda 20 milyon avro təzminat ödəməyə razılıq verib.xeber100.com