“Aue” futbol klubu müqaviləni yeniləyib

15 İyul 2017 13:40

Xəbər 778 dəfə oxunub

Almaniyanın “Aue” futbol klubu millimizin üzvü Dmitri Nazarov ilə müqaviləni yeniləyib.Azərtac xəbər verir ki, bu barədə klubunun rəsmi “Twitter” səhifəsi xəbər yayıb.İyirmi yeddi yaşlı yarımmüdafiəçinin müqavilə müddətinin 2021-ci ilin iyununadək uzadıldığı bildirilir. D.Nazarovun ikinci Bundesliqa təmsilçisi ilə əvvəlki müqaviləsi 2018-ci ilin yayına qədər idi.Qeyd edək ki, futbolçu ötən mövsüm “Aue”nin heyətində 9 qol vurub.xeber100.com