Velosiped İdmanı Federasiyasının məlumatı

15 İyul 2017 16:50

Xəbər 734 dəfə oxunub

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Bakı Olimpiya Stadionu ərazisində Azərbaycan kuboku yarışına start verilib.Federasiyadan Azərtac-a bildiriblər ki, açıq xarakterli turnirdə Gürcüstan idmançıları da mübarizə aparırlar.İlk yarış günündə velosipedçilər kriterium ötüşməsində güclərini sınayıblar.Qızların yarışında Ayan Xankişiyeva birinci olub.Kişilərin mübarizəsində Natiq Meydərov (2003-2004-cü il), Avtandi Piranişvili (Gürcüstan, 2001-2002-ci il) və Kərim Şirəliyev (1999-2000-ci il) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com