UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb.Azərtac xəbər verir ki, iyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” iyulun 18-də günün ilk yarısında məşq edib. Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda keçirilib. Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb. Komandamız “İbis otel”də məskunlaşıb. Bu gün komandamız matçın keçiriləcəyi Belostok şəhər stadionunda oyun öncəsi son məşqinə çıxacaq.Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Xatırladaq ki, iyulun 20-də keçiriləcək və Rumıniyadan olan hakimlər briqadasının idarə edəcəyi “Yagelloniya”–“Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…