Çimərlik futbolu üzrə superliqa yarışlarına start verilib

22 İyul 2017 11:02

Xəbər 1162 dəfə oxunub

İyulun 21-də Azərbaycan çimərlik futbolu üzrə superliqa yarışlarına start verilib. Su İdmanı Sarayı ərazisində yerləşən çimərlik meydançasında “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Səbail” komandaları arasında keçirilən superliqa avqustun 5-dək davam edəcək.“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən Azərtac –a bildirilib ki, superliqanın açılış oyununda “Sumqayıt” “Zirə” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma rəqib komandanın 2-1 hesablı qələbəsi ilə nəticələnib.Qeyd edək ki, “Sumqayıt” superliqanın 2-ci turu çərçivəsində iyulun 22-də saat 17:30-da “Neftçi” ilə qarşılaşacaq.xeber100.com