“Czech Open-2017” beynəlxalq turnirinin birinci turu keçirilib

23 İyul 2017 11:04

Xəbər 1122 dəfə oxunub

Çexiyanın Pardubitsa şəhərində “Czech Open-2017” beynəlxalq turnirinin birinci turu keçirilib.Azərtac xəbər verir ki, beynəlxalq yarışın “A” turnirində ölkəmizi 7 şahmatçı – beynəlxalq usta Nərmin Məmmədova, FIDE ustaları Kənan Qarayev, Rüstəm Bünyadov, ustalığa namizəd Aydın Süleymanlı, habelə Rəvan Əliyev, Vüqar Manafov və Fərid Mustafayev təmsil edirlər.Birinci turdan sonra Azərbaycan təmsilçilərindən Fərid Mustafayevin aktivində bir xal, Nərmin Məmmədova və Rəvan Əliyevin hər birinin aktivində yarım xal var.“Czech Open-2017” turnirində 38 ölkədən 335 şahmatçı, o cümlədən 49 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Beynəlxalq turnirin qalibləri avqustun 9-da müəyyən ediləcəkxeber100.com